8 Fevral 2018 14:51
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Tiflisə qayıtmaq vədini verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bunun üçün şərtini açıqlayıb.

Saakaşvilinin şərtinə görə, onun Tiflisə qayıtması üçün “Gürcü arzuları – Demokratik Gürcüstan” partiyasının yaradıcısı, milyarder, sabiq baş nazir Bidzina İvanaşvilinin istefası vacibdir.

O, Gürcüstana qayıtdığında aktiv siyasətlə məşğul olub-olmayacağını bilmədiyini deyib.


Müəllif: Samir

Oxşar xəbərlər