21 Fevral 2018 01:12
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fikrimcə, Afrində kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir”.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu Əsədə bağlı şiə milislərinin Afrində daxil olmaq cəhdini şərh edərkən bildirib.

E.Şahinoğlu qeyd edib ki, Bəşər Əsəd Moskvanın marionetkasıdır: "Bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik. Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya prezidenti Bəşər Əsədi həmin bazaya gəlib ona qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrafona yaxınlaşıb həbrçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq Putindən aralı dayanmağı əmr etdi. Bunları nəyə görə xatırlayıram?

Fikrimcə, Afrində kürdləri Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir. Kreml bununla Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər (?!). Ərdoğan qorxmadı, onun “Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq” deməsi Kremli Əsədə “stop” əmri verməsiylə nəticələndi".
Ekspert qeyd edib ki, Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər: "Türkiyə bu bölgəyə uzun müddətə gəlib".


Müəllif: Ayxan

Oxşar xəbərlər