28 Fevral 2018 15:11
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Mərkəz Komandanı (CENTCOM) general Cozef Votel Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin iclasında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı Orta Şərqdə terrorçuluğa qarşı mübarizədən, İranın raket proqramından və onun bölgənin sabitliyinə qarşı yönəlmiş dağıdıcı siyasətindən danışıb.

Votel bildirib ki, İranın ballistik raket proqramı Amerika və onun müttəfiqlərinin regiondakı maraqlarına qarşı ciddi təhdiddir:

“Təəssüflər olsun ki, hazırda Orta Şərqdə bütün diqqət terrorçuluğa qarşı birgə mübarizəyə yönəldiyi halda, İran bölgənin uzunmüddətli sabitliyinə qarşı ən böyük təhdidə çevrilib. İranın region ölkələrinin daxili işlərinə qarışması bölgə və dünya üçün təhlükədir. Bunun da qarşısı alınmalıdır. Biz İranın bu təhdidlərinin qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımızı genişləndirəcək, bu ölkənin hərbi gücünün artmasına yardım edəcəyik”.


Müəllif: Samir

Oxşar xəbərlər