ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada öz nəzarətində olan Rukban miqrant sığınacağına və ölkənin cənubundakı Əl Tanf bölgəsinə humanitar yardımın çatdırılmasına icazə verməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nın İnsan Haqları Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.
O əlavə edib ki, Rusiya Suriyada rejim qüvvələrinə yardımını davam etdirəcək:
“Biz onu bilirik ki, yaxşı və ya pis terrorçu yoxdur. Mübarizəmizi davam etdirəcəyik. Bu gün Suriya xalqı humanitar böhranla qarşı-qarşıyadır. Şərqi Qutada dinc sakinlərin təxliyəsi üçün koridorun açılması çox vacibdir. Ancaq ABŞ tərəfi bizə mane olur”.
Qeyd edək ki, iclas martın 23-dək davam edəcək.