Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Astana görüşünün vaxtı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş martın 16-da keçiriləcək. Toplantıda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da iştirak edəcək.
Tərəflər görüş zamanı ilk razılaşmanın yerinə yetirilməsi ilə bağlı fikirlərini bölüşəcək, gələcək addımları müzakirə edəcəklər.