Rusiya ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen İn arasında görüşlə bağlı razılığın əldə edilməsini alqışlayır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, bu razılıq iki ölkə arasındakı gərginliyi azaltmaq yolunda əsas addımdır:
“Əsas odur ki, bu razılıq əldə edildi. Bu razılaşma Koreya yarımadasındakı böhranın da həllində mühüm rol oynayacaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen İnlə görüşə razılıq verib. Tramp Kim Çenlə 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Kim Çen İn isə öz növbəsində nüvə silahından imtina etməyə hazır olduğunu açıqlayıb.