Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü olub.
Görüşdən sonra Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım birgə nahar ediblər.