Almaniyada 4-cü dəfə kansler seçilən Angela Merkel ABŞ Prezidenti Donald Trampın vergi qərarına münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Avropa ölkələrini bu qərara qarşı birləşməyə çağırıb:
“Dünya Ticarət Təşkilatının qaydalarına uyğun hərəkət etməliyik. Bu məsələ ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparmalıyıq. Avropa Birliyi də ABŞ-ın bu qərarına müxalif mövqe tutmalıdır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp alüminium və polad idxalına vergi tətbiq olunmasını təklif edib.