"Əgər Sergey Skripal kimyəvi silahdan zəhərlənsəydi ölərdi. bir daha bəyan edirəm. Rusiyanın kimyəvi silahları yoxdur, hamısını məhv etmişik".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin seçki qərargahında jurnalistlərin sualına cavabında bildirib.
O, Londonda zəhərlənən Sergey Skripalın işi ilə bağlı KİV-dən məlumat aldığını söyləyib: "Mən, bu faciə haqqında KİV-dən məlumat almışam".
V. Putin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın işinin təhqiqatında iştirak etməyə hazır olduqlarını bəyan edib.