19 Mart 2018 16:24
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:40

Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin görüşlərindən biri Bakıda keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib qeyd edib ki, bu barədə Prezident İlham Əliyevlə görüşdə müzakirə aparılıb.

Məhəmməd Barkindo qeyd edib ki, OPEK və Azərbaycan səmərəli əməkdaşlıq edir:

"Azərbaycan neft hasilatının indiki səviyyədə qalması və "OPEK+" sazişinin dəstəklənməsində mühüm rol oynayır. Dünya bazarında neft qiymətlərinin dəstəklənməsi sahəsində OPEK Azərbaycanla səmərəli addımlar atır".

***

15:58

Azərbaycanla OPEK arasında sıx əməkdaşlıq mövcuddur.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, əməkdaşlıq "OPEK+" formatında həyata keçirilir: "Bu təşəbbüs 2016-cı ilin sonundan başladı. Məqsəd dünyada neftin qiymətinin aşağı düşməsini önləməkdir.

Əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətii sabit qalıb. Eyni zamanda neft bazarının tarazlaşmaşması baş verib. Bu nailiyyət hesabına dünyada iqtisadi proseslər daha sabit formada davam edib".

Nazir qeyd edib ki, baş katiblə görüşdə əməkdaşlığın davam etdirilməsi müzakirə edilib.

***

Neft bazarında ən çətin dövrdə OPEK sövdələşməsinə razılıq verdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, razılıq əsasında bazarda hasilatın balanslaşdırılması baş verib: "OPEK Azərbaycanla neft bazarının tarazlaşdırılması istiqamətində münasibətləri necə inkişaf etdirməyin yollarını axtarır. Prezidentlə görüş zamanı yanız Azərbaycanla deyil, OPEK və qeyri-OPEK ölkələri ilə gələcək illərdə sabitlik üçün əməkdaşlığı müzakirə etdik".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər