Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram”.