30 Mart 2018 14:02
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun fikrinə Ankaranın göstərdiyi sərt reaksiyadan sonra rəsmi Paris geri addım atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransa Suriyanın şimalında yeni əməliyyat planının nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron açıqlamasında PYD silahlılarına dəstəyini aşkar etiraf edib:

“Kürdlərə dəstək vədi və müvafiq zəmanət vermişik. Suriya Demokratik Qüvvələri və Türkiyə arasında vasitəçi olmaq istəyirik”.

Bu açıqlamadan sonra bəzi ekspertlər Fransanın PYD-yə dəstək məqsədilə Menbicə əsgər göndərəcəyini iddia etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər