2 Aprel 2018 15:18
3 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə kimyəvi maddə ilə zəhərlənən keçmiş rus kəşfiyyatçısı Sergey Skripalın tezliklə komadan ayılacağına inanıram.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Skripalın zəhərlənməsi Britaniyanın işinə yarayıb:

“ABŞ və Britaniya bu olaydan istifadə etməklə Rusiyaya böhtan atır. Onlar uşaq oyunu oynayırlar. Rusiyanın Skripalı zəhərləmək kimi bir niyyəti olmayıb”.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.


Müəllif: Samir

Oxşar xəbərlər