23 Aprel 2018 22:47
2 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanın Baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır: "Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə xeyri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq".


Müəllif: Kəmalə

Oxşar xəbərlər