18 May 2018 15:10
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika fənn olimpiadaları qaliblərinin əksəriyyətinin gözündə eynək var. Onların boy və çəkisi də normaya uyğun deyildi.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bunun çox ciddi məsələ olduğunu deyib: “Bu günlərdə fənn olimpiadaları üzrə respublika müsabiqəsinin nəticələri elan edildi. Həmin tədbirdə təxmini saydım, 298 nəfərdən 120 nəfəri eynəkdə idi. Hamısı normativ boy və ona adekvat çəkidən qat-qat geri qalırdı. Bəlkə qida sistemini dəyişmək lazımdır? Lakin bu, çox ciddi məsələdir”.

Millət vəkili həmçinin azərbaycanlı uşaqların xarici ölkələrdə imtahan verməsinə də münasibət bildirib:

“Nə üçün azərbaycanlı valideyn SAT imtahanı vermək üçün uşağını Gürcüstana aparır? Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli cinayətkarlıq var. Beynəlxalq Mərkəzlər, Britaniya və Amerikada bizim nəticələri tanımırlar. Çünki korrupsiya halları var. Nəticələr süni şəkildə şişirdilir. Adamlar pulunu tökür Gürcüstanda imtahan verir. Nəticədə bu, bizim təhsilimizə ziyan vurur. Bunun Təhsil Nazirliyinə çox da aidiyyəti yoxdur. Nazirlik müsabiqəni şəffaf keçirir. Buradan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edirəm ki, bunu araşdırsınlar. Şişirdilmiş bal zəhər kimi geri qayıdır. Bizim pulumuzu nə üçün gürcülər yeməlidir? İmkanımız yoxdur ki, bu imtahanı şəffaf keçirsinlər? Bu bizim imicimizə zərər vurur”.


Müəllif: Cavad