1 İyun 2018 17:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Millətlər Təşkilatının zənginliyi onun üzvü olan ölkələrin müxtəlifliyindədir. Ölkələr “Biz - xalqlar” şüarı altında bir araya gələrək təşkilatın Nizamnaməsində təsbit olunmuş dəyərləri uca tutduqda, bizim missiyamız daha da möhkəmlənir. Həm qlobal çağırışların geniş yayıldığı, həm də onların həlli üçün geniş imkanların mövcud olduğu bir dönəmdə həmin dəyərlər bizi birləşdirən etibarlı vasitədir.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən daha effektiv Birləşmiş Millətlər Təşkilatının qurulması, eləcə də sülhün, davamlı inkişafın və insan hüquqlarının təmin olunması istiqamətində fəal iştirak etmək əzmində olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər