7 İyun 2018 17:56
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər