Növbəti həbs edilən mütləq Ermənistanın keçmiş prezidenti və baş naziri, Xocalı soyqırımının təşkilatçısı və iştirakçısı Serj Sərkisyan olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, S.Sərkisyanı Ermənistanın mühakimə etməsi tamamilə gözləniləndir, ancaq onu biz mühakimə etməliyik: “Biz onu Xocalıya, həlak olan vətəndaşlarımıza, bir milyon torpağını itirmiş məcburi köçkünlərimizə, Şuşaya görə mühakimə etməliyik. Görünür, onun öz xalqı qarşısında cinayətləri də heç də az deyilmiş”.
Qeyd edək ki, Ermənistanda bir neçə gün əvvəl Azərbaycan torpaqlarında vəhşiliklər törətmiş general-leytenant Manvel Qriqoryan, daha sonra Ermənistan Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, keçmiş prezident və baş nazir Serj Sərkisyanın şəxsi mühafizə rəisi, general-mayor Vaçaqan Kazaryan həbs edilib.
Dünən, həmçinin Ermənistanın keçmiş prezidenti və baş naziri S.Sərkisyanın qardaşı da saxlanılıb.