Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.
Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.