Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.
Teleqraf.com-un məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.