Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”məlumat yayıb:
“Biz danışıqlar aparmağa hazırıq. Azərbaycan prezidenti ilə danışıqlara hazıram”.
Paşinyanın fikrincəŞ danışıqlar üçün mövzu var, görüş və danışıqlar çox xeyirli olacaq:
“Ancaq etibarsız bir atmosferdə böhranı həll etmək mümkün deyil. Ermənistan bunun üçün səylərini davam etdirməyə hazırdır”.
O qeyd edib ki, bir müddət əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşü zamanı da Qarabağ böhranını müzakirə ediblər.