Azərbaycan sabitliyin, təhlükəsizliyin hökm sürdüyü nümunəvi ölkədir.
"Ölkə.Az" xəbər verir ki, bunu Trend-ə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.
F.Sadıxov qeyd edib ki, bu fikir Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşü zamanı səsləndirilib:
"Qeyd olunub ki, Azərbaycan təhlükəsizliyin hökm sürdüyü sabit dövlətdir. Əminəm ki, ölkə daxilində sabitlik daha da möhkəmlənəcək və təhlükəsizlik məsələləri bundan sonra da diqqət mərkəzində olacaq. Burada güc strukturları, hüquq-mühafizə orqanlarının da rolu böyükdür. Mehriban Əliyeva bildirdi ki, Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu, bütün əhəmiyyətli prioritetlərin möhkəmlənməsində mühümdür".
Politoloq vurğulayıb ki, Birinci vitse-prezident görüş zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edildiyni bir daha xatırladıb və buna diqqət çəkib:
"Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur.Artıq uzun illərdir orada qanunsuz olaraq xarici hüquqi və fiziki şəxslər fəaliyyət göstərir ki, bu da yolverilməzdir, Azərbaycan Respublikasının qanunverciliyinin kobud şəkildə pozulması deməkdir. Birinci vitse-prezident MDB ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərini bu məsələyə diqqət ayırmağa, bununla əlaqədar konkret addımlar atmağa çağırdı. Əks halda regionda təhlükəsizlik və sabitlik şübhə altında qala bilər".