25 İyul 2018 14:35
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ tərəf kimi münaqişə üzrə gedən danışıqlara cəlb edilməlidir. Mən danışıqlarda Ermənistanın adından iştirak edə bilərəm, Dağlıq Qarabağın yox.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin dinc yolla həllində maraqlı olduğunu bildirib.

Lakin Baş nazir Ermənistanın danışıqlara hazır olduğunu deməklə Qarabadakı separatçı rejimin tərəf kimi prosesə cəlb edilməsi ilə bağlı səsləndiriyi fikir ətrafında qeyri-müəyyən vəziyyət yaradıb:

“Biz danışıqlara hazırıq və məsələnin dinc yolla həlli istiqamətində səylərimizi artırırıq. Dinc həll prosesi vacibdir. Bunun mümkün olacağına inanırıq, eyni zamanda, bunun üçün lazımi atmosfer lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər