10 Avqust 2018 17:23
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir.

Teleqraf.com-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.

Baş redaktor beynəlxalq tədbirlər bağlı Təşkilat Komitəsinin yaradıldığını bildirib:

“YUNESKO-nun Bakı sessiyası ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidenti, cənab İlham Əliyev sərəncam imzalayıb. Hesab edirəm ki, BMT kimi beynəlxalq nüfuzu olan bir təşkilatın Bakıda təşkil edəcəyi bu tədbir dünya birliyinin Azərbaycana nə qədər önəm verdiyinin bir nümunəsidir. Bu, adi bir tədbir deyil.

Son illərdə Azərbaycan saysız beynəlxalq tədbirlərə ev sahibliyi edib. Dünyanın aparıcı dövlətlərinin başçıları, diplomatları, rəsmiləri, parlamentariləri tez-tez Azərbaycana səfər edirlər. Onlar burada Azərbaycanın hansı formada sürətlə inkişaf etdiyinin şahidi olurlar. Buna görə də, BMT kimi nüfuzlu bir qurumun belə bir tədbiri təşkili üçün Azərbaycana etibar etməsi, Azərbaycanın qlobal arenada hansı yeri tutduğunun göstəcisidir.

Bu həm də Azərbaycanın beynəlxalq arenada yürütdüyü siyasətin verdiyi və bunun dünya birliyi üçün nə qədər önəm kəsb etdiyinin nəticəsidir.

Azərbaycan həmişə beynəxalq tədbirləri möhtəşəm formada reallaşdırıb və düşünürəm ki, Azərbaycan bir daha bu uğurlu nəticələrini nümayiş etdirəcək. Bu, Azərbaycanın dünyanın diqqət mərkəzində olmasının bir göstəricisi və bizə olan etimaddır”.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakı şəhərində keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu