14 Avqust 2018 15:51
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Türkiyə yeni sınaqlar qarşısında özünün əzəməti ilə müqavimət göstərir. Dünyanın iri gücləri dərk edirlər ki, Türkiyə bu vaxta qədər mövcud olan “sözəbaxan” Türkiyə deyil.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

D.Əzimli qeyd edib ki, ABŞ Türkiyəyə qarşı özünün növbəti, bəlkə də son silahlarını işə salıb:

“Amma ABŞ dərk etməlidir ki, dünya dünənki dünya deyil, Türkiyə də dünənki Türkiyə deyil. Türkiyə bu imtahandan da üzüağ çıxacaq. Hesab edirəm ki, bu, növbəti Xaç yürüşüdür. Vaxtilə Səlcuqlar bu yürüşlərin qabağını alıb, dünyaya ədalət gətirdilər. İndi də bunun qabağında Türkiyə dayanıb. Ərdoğan Türkiyə cəmiyyətinin bu gün ortaya qoyduğu bir insandır ki, bütün addımları hesablanıb.

Bu gün Türkiyə ictimaiyyəti sübut edir ki, o, hansı fədakarlıqlara hazırdır”.

Tarixçi-alim qeyd edib ki, Qətər dövləti Türkiyəyə kömək üçün milyonlarla maliyyə vəsaiti ayırıb:

“Bu bahalaşma Türkiyəyə ciddi təsir edə bilməyəcək. Qardaş ölkə bu böhrandan uğurla çıxacaq.

Erməni mətbuatı bütün günü anti-Türkiyə ovqatı yaradır. Bizdə də bəzi qüvvələr gecə-gündüz sevinc içindədirlər ki, Ərdoğan gedəcək. Sual olunur ki, bəs kim gələcək? Onlardan fərqli olaraq biz yalnız Türkiyənin taleyi üçün narahatıq. Əminəm ki, qardaş Türkiyə bu sınaqlardan da üzüağ çıxacaq. Ona da əminik ki, ABŞ iqtidarı yaranan vəziyyətdən çıxış yolu taparaq qardaş Türkiyə ilə anlaşacaq. Çünki Yaxın Şərq məsələsində ABŞ mütləq bölgənin söz sahibi kimi Türkiyənin maraqlarını nəzərə almalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər