29 Avqust 2018 20:12
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulandı.

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər