Gürcüstanla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. Baş nazir Mamuka Baxtadzenin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Araz Əlizadə deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Gürcüstanla birgə bir sıra diqqətçəkən layihələrə imza atıb: “Azərbaycan Gürcüstan iqtisadiyyatına çox böyük yatırımlar və yardımlar edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi getdikcə genişlənir. Nəqliyyat, energetika və digər sahələrdə də sıx əməkdaşlıq mövcuddur. Mən sıx əlaqələrin və dostluq münasibətlərinin tərəfdarıyam. Qarşılıqlı səfərlər nə qədər çox olarsa, ölkələrə və xalqlara daha çox faydası olar. Arzulayıram ki, Gürcüstan hər zaman xristian təəssübkeşliyinin deyil, ədalətin tərəfində olsun”.