7 Sentyabr 2018 20:45
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin baş müavini Brayan MakFiters Bakıda keçirilən Rəqabətlik Forumunun işinə qatılıb və Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, B.MakFitersin sözügedən forumda iştirakı ABŞ və Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığını nümayiş etdirərək ABŞ-da istehsal olunan malların ixracına təkan verir.

Bununla yanaşı səfər həmçinin Azərbaycanın investisiya mühitinin təkmilləşdirilməsinə və xarici investorların cəld edilməsinə yardım göstərir. Forumdan əvvəl B.MakFiters, müvəqqəti işlər vəkili Vilyam R.Gil ilə birgə iqtisadi islahatlar və biznes mühitini müzakirəsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

B.MakFiters və müvəqqəti işlər vəkili Gill ikitərəfli əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə vergilər naziri, iqtisadiyyat naziri və xarici işlər nazirnin müavini ilə də görüşlər keçiribər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər