Hörmüz boğazının bağlanılması dünya bazalarında neftin bahalaşmasına gətirib çıxara bilər.
Teleqraf.com xəbər verir ki, bunu İranın Hörmüz körfəzində keçirdiyi təlimləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib.
ABŞ-ın noyabrdan İranın neft satışına sanksiya tətbiq edəcəyini deyən politoloqun sözlərinə görə, Amerikanın bu addımına İran tərəfindən adekvat cavab veriləcək:
“ABŞ-a cavab olaraq, İran Hörmüz boğazında gediş-gəlişi məhdudlaşdıra, yaxud bağlaya bilər. Hesab edirəm ki, İranın bölgədə başladığı təlimlər də ABŞ-ın atacağı mümkün addımlara qarşı hazırlıq məqsədi daşıyır. Bu, təlimlərdən çox ehtimal edilən hücumlara hazırlanmış ssenariyə də oxşayır.
Hesab edirəm ki, boğazın bağlanılması, dünya bazarlarında neftin bahalaşmasına gətirib çıxara bilər. Beləliklə, İran bu addımı ilə ABŞ-a mesaj verir ki, iqtisadi savaşdan geri çəkilsin. Əlbəttə, tərəflərdən bir geri çəkilməsə, bu, dünyada gedən iqtisadi savaşı bir qədər də şiddətləndirəcək. Bunun eyni zamanda ikinci körfəz müharibəsinin başlamasına zəmin yarada biləcəyini də düşünürəm. ABŞ, Qətər, İsrail və Səudiyyə Ərəbistanı kimi güclərin eyni cəbhədə yer alması isə İran üçün fəlakətli nəticələr yarada bilər”.
M.Əsədullazadə hesab edir ki, İranın Əhvaz şəhərində baş vermiş terror aktı rəsmi Tehrana xəbərdarlıq məqsədi daşıyır.