26 Sentyabr 2018 10:55
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a dost ölkələrin sayı getdikcə azalır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq ABŞ Prezidenti Donald Trampın BMT-dəki çıxışını şərh edib:

“Trampın BMT-dəki uzun çıxışını dinlədim. Çıxışının əsas leytmotivi seçkiqabağı şüarını təkrarlayırdı: “Birinci növbədə Amerika!” Yəni BMT tribunasından dünyaya mesaj verdi ki, Amerika dünya dövlətlərinin dərdini çəkməyəcək, kimsəyə pul verməyəcək, vergi güzətşləri olmayacaq, borcu olanlardan pulu zorla alacaq və s.

Trampın çıxışında o da bəlli oldu ki, Amerikanın dostları azdır. Dostlar siyahısında İsrail, Polşa, Səudiyyə Ərəbistanı və İordaniyanın adı çəkildi, Trampın başqaları ilə hesabı var, içərisində Almaniya da var.

Tramp “İordaniya Suriyadan milyonlarla qaçqın qəbul edib” deyərək Türkiyənin adını çəkmədi, halbuki Türkiyə İordinayadan çox suriyalı qaçqın qəbul edib.

Trampdan sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenə illərdir təkrarladığı firki söylədi: "Dünya 5 dövlətdən böyükdür!" Yəni Ərdoğan demək istəyir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artmalıdır və içərisində Türkiyə də olmalıdır.

Yaxşı və haqlı arzudur. Ancaq yaxın zamanlarda reallaşacağı problematikdir. Çünki Ərdoğanın nəzərdə tutduğu "beşlərə" altıncı, yeddinci və səkkizinci lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər