19 Oktyabr 2018 16:50
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində və Azərbaycanla sərhəddə polis postları qurmasından sonra bu orqanda çalışan insanlar öz narazılıqlarını ifadə etməyə başlayıblar. Serj Sərkisyan dönəmində İrəvanda rahat şəkildə fəaliyyət göstərən, eləcə də qazanc baxımından münbit həyat tərzi sürən polislər Nikol Paşinyanın bu qərarına qarşı öz etirazlarını bildirməkdədirlər.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı bildirib.

O qeyd edib ki, hətta son vaxtlar hüquq-mühafizə orqanlarının sıralarını tərk edənlərin sayı durmadan artmağa başlayıb:

“Artıq dövlətin müvafiq qurumlarında hüquq-mühafizə orqanları əməkdaşlarının sayının kəskin azalması problemi müzakirələrə çıxarılır. Bunun nəticəsinin heç də yaxşı olmayacağı barədə fikirlər səsləndirilir. Sözügedən mövzuya Ermənistanın “Hraparak” qəzeti də toxunub.

Nəşrin yazdığına görə, polis orqanlarında, o cümlədən daxili qoşunlarda narazılıqlar get-gedə artır. “Köhnə Ermənistanda yumşaq şəraitdə işləmiş polislər yeni şəraitə uyğunlaşa bilmirlər” – yazan qəzet əlavə edir ki, işğal olunmuş ərazilərdə polis xidmətinin aparılması ilə bağlı qərar Nikol Paşinyan tərəfindən hələ avqust ayında verilmişdi. Belə ki, onlar növbəli şəkildə 15 günlük təmas xətlərinə göndərilirlər. “Bununla yanaşı, polislər kifayət qədər təhlükəli ərazilərdə xidmət aparırlar” – deyə “Hraparak” qeyd edir.

Bu arada Ermənistanın Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanlarında kütləvi istefaların baş alıb getməsi gerçəkliyini gizlədir. Onlar aldıqları məvacibin çox az olduğunu və bunun müqabilində həyatlarını təhlükəyə atmaq istəmədiklərini deyirlər".

E.Aşırlının sözlərinə görə, polis əməkdaşlarının kəskin narazılıqlarını ifadə etmələri artıq faktdır: “Adıçəkilən erməni nəşri polislərin etiraz fikirlərini ictimailəşdirib. “Bizə belə bir məlumatlar çatır ki, onlarla əməkdaş bu sistemi tərk edərək, müqavilələrini pozublar. Onlar bu xidmətə görə ayda 32 min dram (təxminən 65 ABŞ dolları) əlavə məvacibin çox az olduğunu və bunun müqabilində həyatlarını təhlükəyə atmaq istəmədiklərini deyirlər”, – qəzet yazıb.

Görünən isə budur ki, artıq erməni polisinin də Paşinyana olan ümidləri itib və bu reallıq onun dekabrda keçirmək iddiasında olduğu növbədənkənar parlament seçkilərinə çox mənfi təsir göstərəcək. Çünki narazı xalq kütləsi ilə yanaşı, hüquq-mühafizə orqanlarının da etirazları bu qənaətə gəlməyə zəmin yaradır. Hətta belə davam edəsə, İrəvanda ikinci “Sasna Tsrer” hadisələrinin də yaşanması ehtimalını yüksək dəyərləndirmək olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər