Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistanla bağlı səsləndiriyi fikirlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN-in açıqlamasında Boltondan səsləndiriyi fikirlər haqda düşünmək tələb olunub.
XİN-in açıqlamasında deyilir: “Müstəqil olmaq Ermənistanın haqqıdır. Con Bolton isə səsləndiriyi fikirlər haqda düşünsə, yaxşı olardı”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistana səfər edən Con Bolton Amerikaya qayıtdıqdan sonra rəsmi İrəvanı xarici siyasətdə ənənəvi beynəlxalq münasibətlərdən imtina etməyə çağırıb. O, açıqlamasında Ermənistanın Rusiya ilə tarixi dostluğunun heç kəsə sirr olmadığını da bildirib.
Con Bolton qeyd edib ki, o, Baş nazir Nikol Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağına ümid edir.