3 Noyabr 2018 16:38
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki həftə ərzində Vaşintqonu təmsil edən üç ayrı-ayrı siyasətçinin Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinin mövqeyində durmasının bir sıra səbəbləri var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Politoloq ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmasının dəyişməsində Azərbaycan-İsrail münasibətləri faktoruna diqqət çəkib:

“Birincisi, Tramp- Kuşner- Liberman amilidir. Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq Respublikaçılarla Bakı arasındakı münasibətlərə ancaq müsbət təsir edə bilər. Tramp Azərbaycana xüsusi önəm verəcək, əlbəttə, onun özü daxili “düşmən”ləri ilə münasibətlərini sahmana sala bilsə…

BMT sammitini xatırlamaq lazımdır. Sentyabr ayında Tramp və vitse - prezident Mayk Pens Paşinyana “səni qəbul etməyə vaxtım yoxdur” mesajını verərək, onu qapı arxasında qoymuşdular. Dünya yəhudi lobbisi İsrail, Azərbaycan və ABŞ arasında müttəfiqliyin qurulması üçün iş başına keçib. Bakı indi həm bu istiqamətdən, həm də Moskvadan gələn təklifləri dəyərləndirir”.

Zaur Məmmədov hesab edir ki, Ermənistandakı yeni nəsil yavaş-yavaş Rusiyadan qopsa da, erməni diasporu Baş nazir Nikol Paşinyanın arxasında dayansa belə, bu ölkənin Moskvadan uzaqlaşması mümkün deyil:

“Ermənistan generallarından tutmuş oliqarxlarına kimi, iqtisadiyyatından tutmuş ərzağa qədər rus qapazı altındadır. İranla mübarizədə də Ermənistan ABŞ-a lazım deyil. Bu mənada İranın şimalında yerləşən Azərbaycan ciddi əhəmiyyət kəsb edir. Hətta İran belə bu həftə Qarabağ məsələsində Bakını dəstəklədi.

Beləliklə, Vaşinqton və Moskvanın atacağı addımları gözləyirik. Paşinyanın isə güllərin açmasına qədər vaxtı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər