10 Noyabr 2018 10:11
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbriz şəhərində Azərbaycanın tarixi qəhrəmanı Zeynəb Paşanın büstü götürülüb.

Teleqraf.com xəbər verir ki, büstün götürülməsi qərarını Təbriz şəhər bələdiyyəsi verib.

Zakir-Çaykənar kəsişməsində quraşdırılmış büst gecə saatlarında gizli şəkildə götürülüb. Bələdiyyənin qərarı Güney Azərbaycandan olan soydaşlarımızın etirazına səbəb olub.
Bələdiyyə rəisi İsfəndiyar Qarabağinin bu addımı irqçilik və Güney Azərbaycan türklərinə qarşı qərəz kimi qəbul edilib.

Zeynəb Paşanın büstü ötən illərdə azərbaycanlı heykəltəraş Əhəd Hüseyni tərəfindən hazırlanıb, həmin büstün biri də Təbriz Məşrutə Evində qoyulub.

Qeyd edək ki, Zeynəb Paşa XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış, eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadınıdır.

O, əqidə yoldaşları ilə birlikdə Qacarlar dövrünün axırlarında istibdada qarşı mübarizədə böyük rol oynayıb, demokratiya və məşrutə inqilabı uğrunda azərbaycanlı kişilərlə çiyin-çiyinə mübarizə aparıb.

Zeynəb Paşa Kərbəlaya səfəri zamanı vəfat edib və meyitinin Güney Azərbaycanda dəfn edilməsinə icazə verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər