21 Noyabr 2018 17:37
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, 19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda bildirilir ki, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər