18 Dekabr 2018 16:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qarabağ məsələsi ilə bağlı Ermənistan və Azərbaycan arasında birbaşa dialoq üçün imkanların yaradılması üzərində çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir:

“Sergey Lavrov bunu yenidən təsdiqlədi və bu işi ATƏT-in Minsk qrupu formatında davam etdirmək niyyətindəyik. Biz münaqişənin iki tərəfin razılığına əsaslanan sülh yolu ilə həllinə alternativ olmadığını düşünürük”, - deyə diplomat vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər