Rusiyanın xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planları var.
Bunu mətbuat konfransında Trend-in müxbirinin sualına cavab verərkən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: “Ümid edirik ki, gələn il tərəfdaşlarımız, müttəfiqlərimiz və dost ölkələrlə münasibətlərimiz uğurla inkişaf edəcək. Bizim xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planlarımız var. Hər zaman yeni ilə ümidlər bəslənir və təbii ki, biz sülh, sabitlik və bütün konstruktiv planlarımızın reallaşmasını istəyirik”.