“Dağlıq Qarabağ münaqişəsinin həll prosesində yeni bir şey yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, münaqişənin həlli istiqamətində fəaliyyətlərin zəiflədiyini bildirib:
“Münaqişənin həlli ilə bağlı həyata keçirilən fəaliyyətlər göründüyü qədərdir. Hətta, bu gün reallaşan fəaliyyətlər daha zəifdir”.
Nikol Paşinyan Qarabağ danışıqlarında iştirak etmədiyinə dair iddialara da cavab verib:
“Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bununla bağlı iki dəfə danışmışıq”.