24 Dekabr 2018 16:55
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər bir-birinə dost münasibətdə deyillər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Hərbi Akademiyasının müəllimi, Silahlı Qüvvələrin polkovniki Armen Qaliçyan deyib.

Erməni polkovnik KTMT daxilində inamsızlığın olduğunu və bunun ittifaqın dağılmasına yol açacağını iddia edib:

“KTMT-nin fəaliyyəti qənaətbəxş deyil. Qazaxıstanda keçirilən sammitdən belə nəticə çıxdı ki, sanki tərəflərin hər birinə xüsusi tapşırıq verilib və KTMT-nin dağılması üçün hazırlıq gedir. İştirakçılardan heç biri nə etdiyini bilmirdi.

Üzv dövlətlər bir-birinə güvənmir. Bunun isə nəticəsi yaxşı olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər