8 Fevral 2019 17:30
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa İtaliyadakı səfirini geri çağırdı. Çünki İtaliya baş nazirinin müavini Fransada qarışıqlıq yaratmış “sarı jiletlilər”lə görüşüb. Bu, üzdə olan bəhanədir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ekspert Fransanın atdığı addımın digər səbəbini də izah edib:

“Əslində Farnsa ilə İtaliya arasında daha dərin və daha gərgin bir qarşıdurma var. Bu il Leonadro Da Vinçinin ölümündən 500 il ötür. Fransa bununla bağlı böyük mədəni proqram hazırlayıb (sərgilər, konfranslar və s.), amma İtaliyanı dəvət etməyib.

İtaliya Mədəniyyət Nazirliyi səviyyəsində buna etiraz etmişdi, Fransa isə həmin etiraza nəzakətsiz cavab vermişdi. İtaliya baş nazirinin müavininin Fransadakı hərəkatçılarla görüşü həmin o nəzakətsiz cavaba qarşıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər