9 Fevral 2019 12:00
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Minimum aylıq əməkhaqqının həcminin 180 manata qaldırılması ciddi əhəmiyyət daşıyan dəyişiklikdir. Ölkə başçısının minimum aylıq əməkhaqqının məbləğinin artırılması barədə qərarını alqışlayıram".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsinə dair prezidentin son qərarına münasibət bildirərkən deyib.

O, sərəncama istinad edərək bildirib ki, bu, o deməkdir ki, ölkə üzrə ixtisassız işçiyə 180 manatdan aşağı əməkhaqqı verilə bilməz:

“Yuxarı hədd yoxdur, əlbəttə, ölkəmizdə orta aylıq əməkhaqqının həcmi 500 manatdan yuxarıdır. Yeni qərar aşağı həddi müəyyən edib. Elə ölkələr var ki, saatlıq sosial koteqoriya müəyyənləşib. Bizdə isə aylıq hesablanır, minimum aylıq əməkhaqqının artırılması bir çox sahələrdə, xüsusən büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqlarının artımına gətirib çıxaracaq”.

Sahib Məmmədov qeyd edib ki, əvvəllər bu həcmdə artım olduğunu xatırlamır:

“Biz bir neçə il qabaq 100 manat həddini keçmişdik, ondan sonra minimum aylıq əməkhaqqının məbləği bir neçə dəfə artıb 130 manata çatmışdı. İndi 180 manat oldu. Hesab edirəm ki, ciddi sıçrayışdır və bunun arxasında böyük vəsait dayanır. Bu qərar büdcədən maliyyələşən təşkilatlar üçün vacib dəyişikliyə gətirib çıxaracaq”.


Müəllif: Nərgiz