11 Fevral 2019 16:59
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasında irəliləyiş olacağına ümid edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov “The Korea Times”-a verdiyi müsahibəsində bildirib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi bütün platformalarda ən yüksək səviyyədə ifadə olunub. Münaqişə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmalıdır”, - deyə Məmmədyarov qeyd edib.

Məmmədyarov vurğulayıb ki, təəssüf ki, illərdir aparılan danışıqlar hələ ki heç bir nəticə verməyib.

“Ümumiyyətlə qeyd etmək istərdim ki, Ermənistanın mövcud rəhbərliyi münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirməlidir və yaxşı qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq adına fəaliyyət göstərməlidir.

Ümid edirik ki, bu il Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından müəyyən irəliləyişlər əldə ediləcəkdir. Münaqişənin həllində irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaqla, ilk növbədə Ermənistanın iqtisadi inkişafı də üçün imkanlar açır”, -deyə Məmmədyarov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər