13 Fevral 2019 18:00
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Real TV-yə müsahibəsində səsləndirdiyi fikirləri ilk növbədə onun ölkə mediasına verdiyi dəyər kimi qiymətləndirirəm. Bunu dövlət başçısının özü də vurğuladı. Həmkarımız Mirşahin Ağayevin suallarına cavabları onu da deməyə əsas verdi ki, prezident ölkədə həyatın bütün sahələrini incəliklərinə qədər duyur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, dövlət başçısı medianın missiyasını dövlət idarəçiliyindəki vacib vasitə kimi görür: “Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola müstəsna qiymətdir. Dövlət başçısı həssasdır. Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə Vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir. Prezident xalqının lideridir. Hər dövlət başçısı bunu bacarmır. Cənab İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər