17 Mart 2019 14:46
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin əfv sərəncamı faktiki olaraq hüquq müdafiəçilərinin hakimiyyət nümayəndələri ilə son illərdə məhbusların azad olunması üçün təqdim etdikləri siyahılar və razılaşmalar ilə uzlaşan siyahı əsasında idi. Bu, bizi çox sevindirir. Faktiki olaraq kimlərin azad edilməsi təklif olunmuşdusa, onlar da azadlığa çıxdı.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Əvəz Həsənov bildirib.

O qeyd edib ki, azadlığa çıxmasını gözlədiyimiz bir neçə nəfər qalıb: "Onların da azad olunacağına ümid edirik.

Azərbaycanda islahatların artıq başladığı bir dövrdə siyasi fəaliyyətinə görə həbs olunanların həbsdə saxlanmasına heç bir lüzumun olmadığı üçün hakimiyyət bu problemi həll edəcəkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər