20 Mart 2019 21:28
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti Emoməli Rəhman aprelin 17-də Rusiyaya rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Düşənbədə keçirilən brifinqdə Rusiya baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov bildirib.

O qeyd edib ki, səfərin baş tutuması üçün bütün daxili prosedurları başa çatdırmaq və sənədləri imzalanmaq üçün hazırlamaq lazımdır.

Baş nazir müavininin sözlərinə görə, imzalanacaq sənədlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni imkanlar yaradacaq.

Qeyd edək ki, Düşənbədə Rusiya-Tackistan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının iclası keçirilib. A.Siluanov da bu məqsədlə Tacikistan paytaxtına səfər edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər