28 Mart 2019 21:42
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 26-da Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara dəyən maddi ziyanın dövlət tərəfindən ödənməsi, onlara dövlət yardımının verilməsi ilə bağlı verilən tapşırıq Prezident İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. Dünyanın heç bir ölkəsində bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir. Bu hadisədən dərs götürüləsi məsələlər çoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir:
“Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0,3 faizi həcmindədir. Yəni, bir mağazada 50 min manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər”.
Deputat əlavə edib ki, ciddi istiqsadi maariflənməyə ehtiyac var.

Qeyd edək ki, martın 26-da Nizami rayonundakı ticarət mərkəzində yanğın baş verib. Baş vermiş yanğınla əlaqədar martın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər