Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana iki günlük rəsmi səfər edəcək.
Teleqraf.com veriri ki, Valentina Matviyenko səfər çərçivəsində ölkə rəhbərliyi və parlament üzvləri ilə görüşlər keçirəcək.
Bildirilir ki, Milli Məclisinin sədri Oqtay Əsədovla keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, əsasda parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edəcəklər.
Matvienkonun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.