Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Naziliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edir. Səfər Azərbaycan Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Səfərin məqsədi Şamaxı rayonunun sosial-iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
Xarici diplomatların səfəri çərçivəsində Şamaxı rayon icra hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlarla görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.