20 Aprel 2019 10:30
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatın nəticəsini belə qiymətləndirirəm ki, Petro Poroşenko qələbə qazana bilmədi, Vladimir Zelenski məğlub olmadı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi:

“Hazırkı prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Bu, baş tutmadı. Çünki Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu.

Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. Ona görə də Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: “Cənab Poroşenko, mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm”.

Beləliklə, sabah seçkidir. Poroşenkonun “səhvlərinin nəticəsi” prezident olmağa yaxındır”.


Müəllif: Mənsur Rəğbətoğlu