“Qondarma erməni soyqırımından 104 il ötür. Lakin 104 il sonra da ermənilər bu qondarma iddialarından imtina etmək niyyətində deyil”.
Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Ekspert qeyd edib ki, ermənilər bir əsr əvvəl Osmanlı imperiyası tərəfindən “soyqırım” törədildiyini iddia etsə də, arxivləri açmaqdan qorxurlar:
“Çünki I Dünya müharibəsindən əvvəl - 1912-ci ildə Balkan yarımadasında Osmanlı Türkiyəsinə qarşı müharibə gedirdi. Bu müharibədə əsas rol oynayan qüvvə Rusiya və ermənilər olub. Hətta bu döyüşlərdə böyük “qəhərmanlıq” göstərən və türklərə qarşı vəhşiliklər törədən Andranik bolqar çarı tərəfindən polkovnik rütbəsinə layiq görülüb.
Digər yandan, I Dünya müharibəsinin başlaması və Osmanlının “Antanta” dövlətlərinə qarşı Almaniyanın yanında döyüşə girməsi, ermənilər tərəfindən müstəqil Ermənistan ideyasının həyata keçirilməsi üçün fürsət kimi qiymətləndirilib. Dünya müharibəsinə qədər silahlandırılan ermənilər Osmanlıya qarşı döyüşə girərək, başda Rusiya olmaqla ittifaq dövlətləri ilə əməkdaşlığa başladılar. Osmanlı ordusunun Sarıkamışda məğlub olması, bundan sonra İngiltərə və Fransanın Çanaqqalaya hücumuna adekvat olaraq ermənilər Osmanlı ordusuna arxadan zərbə vurmaq və yolunu kəsmək üçün hərəkətə keçdi. Bu məqsədlə də üsyan qaldırdılar”.
Ramiyə Məmmədova qeyd edib ki, aranın qarışmasından istifadə edən ermənilər Şərqi Anadoluda müsəlmanlara qarşı qırğınlar törədib: “Bu barədə həm I Dünya müharibəsində iştirak edən və “Üçlər İttifaqı”na daxil olan, həm də “Antanta” dövlətlərinin arxivlərində minlərlə sənəd var. Həmin sənədlərin heç birində türklərin ermənilərə qarşı soyqırım törətməsi faktı yoxdur. Ermənilərin müharibədə iştirak edən dövlətlərlə birlikdə Osmanlı ərazilərində törətdikləri soyqırım faktları isə kifayət qədərdir”.
Politoloq qeyd edib ki, Osmanlı dövləti bu yersiz üsyanların vəziyyəti gərginləşdirdiyini nəzərə alaraq, ermənilərin köçürülməsi qərarını verib:
“Osmanlı dövləti yalnız Osmanlı dövlətinə qarşı çıxanların köçünü həyata keçirirdi. Xəstələr və korlara, katolik və protestant məzhəbindən olanlara, əsgərlər və onların ailələrinə, məmurlar, tacirlər, bəzi fəhlə sinfi və ustalara sürgün tətbiq edilmədi. Yəni, köçürülmə və yerləşdirmə qərarı ermənilərin iddia etdiyi kimi, bütün ermənilərə tətbiq edilməyib. Araşdırmalardan məlum olur ki, köç vaxtı kütləvi şəkildə insanların qırılması və ya onlara qarşı milli, dini zəmində ayrı-seçkilik edilməyib.
Beləliklə, ermənilərin məkrli siyasəti baş tutmadı, Osmanlı ərazilərində Ermənistan dövləti yarada bilmədilər. Bunun qisasını da, başqa türk dövləti olan Azərbaycandan almaq niyyətinə düşdülər və “soyqırım”dan illər sonra Dağlıq Qarabağı işgal etdilər. Xocalı soyqırımını törədən bu cani millət yenə də türk millətindən olanları qanına qəltan etməyə nail oldular. Buna görə də bu haqq işində Türkiyə və Azərbaycan lobbsi güclənməli, birlikdə calışmalı, maddi dəstəyi artırmalı, ermənilərə öz yerini göstərməlidir”.